Bakıda iki yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hər iki qəza eyni vaxtda Nobel prospektində – “Ağ şəhər”in qarşısında baş verib.
Qəzaların biri “Ağ şəhər”in qarşısındakı yolayrıcında, digəri isə şəhər istiqamətində baş verib.
Hadisələr nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.