Baş Bərdə Hadisə Təhsil

Bərdədə “Usta yanında şəyirdlik” proqramı çərçivəsində növbəti görüş keçirilib

13 Mart 2021 tarixində Bərdə şəhərində, Avropa Ittifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə
Liseyinin Modernləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik
(Apprenticeship) proqramı və layihə çərçivəsində yaradılan Məsləhət Şurasının növbəti
görüşü keçirilib. Görüşdə Bərdə Peşə Liseyinin müəllim/usta heyəti, sahibkar və
işəgötürənlər, QHT nümayəndələri və Yerli İdarəetməyə Yardım ictimai birliyinin
əməkdaşları iştirak ediblər.


Görüşdə Məsləhət Şurasının fəaliyyəti, gündəlikdə olan məsələlər, Şuranın fəaliyyətində
ortaya çıxan problemlər və bu problemlərin aradan qaldırılması üçün təkliflər müzakirə
edilib.


Qeyd edək ki, “Ustayanında Şəyirdlik” proqramı pilot proqramlar (Bitkiçilik və Baramaçılıq
ixtisasları) üzrə təhsil proqramının əsas hissəsidir. Bu proqram modullar üzrə tələbələrin
əsas və peşə səriştələrinin əldə edilməsinə xidmət edir. Eyni zamanda praktik dərslərin
işəgötürən müəssisədə təşkil edilməsi tələbələrin iş yerinin əsas xüsusiyyətlərini dərk
etmək, komanda halında çalışmaq vərdişlərini formalaşdırır. Eyni zamanda, Bərdə Peşə
Liseyində peşə təhsilinin və təliminin təşkili üzrə Məsləhət Şurası lisey ilə işəgötürənlərin
ustayanında şəyirdlik proqramının təşkili və gələcək inkişafı üzrə fəaliyyətlərin
əlaqələndirilməsi üçün müzakirəedici və məsləhətçi orqandır. Tərkibi 6 nəfərdən ibarət olan
Məsləhət Şurasının əsas vəzifələrinə şəyirdlik proqramının təşkili və icrasına aid təkliflər
hazırlamaq, eyni zamanda, Peşə məktəbi və işəgötürən müəssisələr arasında razılaşma və
müqavilələrin hazırlanması və imzalanmasına köməklik göstərilməsi və s.dir.


Xatırladaq ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr
ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai
Birliyi tərəfindən həyata keçirilir.