Bərdə Hadisə

Bərdədə qəza piyadanın ölümü ilə nəticələndi

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İyunun 3-də saat 1 radələrində Bərdə şəhəri ərazisində Şirvanlı kənd sakini N.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Yaşar Lazımovu vurub. 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.