Baş Bərdə Hadisə

Bərdədə “Heyvandarlıqda dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqi və müasir rasion proqramları” mövzularında təlimlər təşkil olunub.

18 Mart tarixində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində
kənd təsərrüfatı sahəsində heyvandarlıq ixtisası üzrə dövlət və özəl sektor
nümayəndələri, peşə məktəblərinin müəllim və mühəndis pedaqoji heyəti, fermer və
sahibkarlar üçün yeni baxış və performans yönümlü İnnovativ Təlimlər silsiləsindən
“Heyvandarlıqda dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqi
və müasir rasion proqramları” mövzularında təlimlər təşkil olunub.


Bərdə şəhərində keçirilən təlimlərdə təlimçi baytar-həkim Vüsal Abbasov “Heyvandarlıqda
dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqi və müasir rasion
proqramları” barədə iştirakçılara ümumi məlumat verərək, dişi toxumların seçilməsi metodu,
genetika əhəmiyyəti, üstün və mənfi cəhətləri və yem rasionlarında əsas elementlər, yem
dəyərləri, yemlərin fiziki və orqanolptik göstəriciləri haqqında təqdimat etmişdir. Təlimlər
müddətində iştirakçıları maraqlandıran suallar cavablanmış, mövzular haqqında geniş
müzakirə aparılmışdır.                                                       


Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr
ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai
Birliyi tərəfindən həyata keçirilir.