Baş Bərdə Hadisə

Bərdə rayonunda “Qadın Klubu”nun icrası davam edir

Bərdə rayonunda regionda qadınlara qarşı stereotiplərin qırılması və gender bərabərliyinin təmin
edilməsi məqsədilə qadınların ictimai həyatda sosial aktivliyi və onların şəxsi karyerası
istiqamətində özlərini inkişaf etdirmələri üçün İKT bacarıqlarının artırılması, gender bərabərliyi,
qadın liderliyi, məişət zorakılığının qarşısının alınması haqqında maarifləndirilməsi məqsədilə
yaradılan “Qadın Klubu” layihəsinin icrası davam edir.
Qısa müddət fəaliyyətə başlamasına baxmayaraq, layihə region qadınları arasında böyük rəğbət
qazanıb. Digər fəaliyyətlərlə yanaşı, zorakılıq halları ilə üzləşən və kömək axtaran qadınlar üçün
hüquqi və psixoloji yardımın təşkil edilməsi də layihə çərçivəsində əsas prioritetlərdəndir.
Layihə çərçivəsində göstərilən xidmətlərə daxildir:
• qadınlara kompyuter biliklərinin verilməsi,
• qadınların sosiallaşdırılması və aktivləşdirilməsi üçün müxtəlif mövzulu təlimlərin
keçirilməsi (genderlə bağlı mövzular üzrə),
• şəxsi inkişaf və özünü-tanıma və üzgüvən mövzulu təlimlərin təşkili,
• qadınlara hüquqi yardım xidmətinin göstərilməsi,
• İKT sahəsində texniki (məs, online dərs keçmək və s.) və resurs (kompyuter, internet,
printerdən istifadə və s.) çətinliyi ilə üzləşən qadınlara dəstəyin göstərilməsi,
• qadınların asudə vaxtlarını səmərəli keçirmələri üçün rəqs, şahmat, voleybol, piknik
və müsabiqələr (kulinariya, əl işləri), sərgilər təşkil edilməsi,
• qarabağ konflikti mövzusunda müzakirələrin təşkili (qadınların sülhquruculuğu
prosesinə cəlb edilməsi məqsədilə belə müzakirələrin təşkili vacib amil sayıla bilər),
• qadınlara qrup terapiyası ilə psixoloji yardımın göstərilməsi.

Xatırladaq ki, Qadın Klubu layihəsi 2021-ci ilin Yanvar ayından etibarən fəaliyyətə başlayıb.
Qeyd edək ki, “Bərdə Qadın Klubu” layihəsi Azərbaycan Qadın Fondu`nun maliyyə dəstəyi ilə
həyata keçirilir.