Hadisə Ölkə

Bərdə, Ağdam və Tərtərdə gənclər üçün daha bir layihə baça çatdı

Almaniyanın Mitost təşkilatının dəstəyi ilə “Solidarity in Action” proqramı çərçivəsində “Kənd Gəncləri Qərarvermə Prosesində” (Rural Youth in Power) layihəsi yekunlaşıb. Ümumilikdə peşəkar təlimçilər tərəfindən aparılan 8 vebinarın təşkil olunduğu layihə 2 ay müddətində davam edib və mövcud pandemiya şəraitinə uyğun olaraq, online şəkildə, Zoom platforması vasitəsilə həyata keçirilib. Layihə kordinatoru Ülviyyə Babasoyun verdiyi məlumata görə, layihənin əsas məqsədi gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, gənclərdə özünüdərk və özünəinam anlayışlarını inkişaf etdirmək, qərarvermə prosesi haqqında gəncləri maarifləndirmək, gənclərin qərarvermə prosesinə cəlb olunmasına töhvə verməkdir. Online imkanı nəzərə alaraq, layihəyə seçilən iştirakçılar Bərdə, Ağdam və Tərtər rayonlarından olub.