İdman Ölkə

Azərbaycanın milli futbol komandasının rəqibi Ermənistanla oynayacaq

Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən Malta bir neçə yoldaşlıq görüşü keçirəcək.aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, ada təmsilçisi Avstriyada təlim-məşq toplanışı keçəcək.

Rəqibimiz bu müddətdə Ermənistan, Gürcüstan və Moldova yığmaları ilə üz-üzə gələcək.

Malta seçməsi mayın 29-da ermənilərlə, iyunun 1-də gürcülərlə, iyunun 4-də isə moldovalılarla oynayacaq.

Bu haqda yerli futbol federasiyasının saytına baş katib Ancelo Çetkuti açıqlama verib.

Xatırladaq ki, yığmamız Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə üz-üzə gələcək.

Bir cevap yazın