Ölkə

Azərbaycan neftinin orta qiyməti avqustda 70 dollardan yuxarı olub

Bu ilin avqust ayının nəticələrinə əsasən, dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 70,24 ABŞ dollarına bərabər olub. Bu, iyul ayının orta qiyməti ilə müqayisədə 4,54 dollar və ya 6,1% azdır.

Avqust ayında ən yüksək göstərici (avqustun 2-i) – 73,48 dollar təşkil edib, ən minimal göstərici isə (avqustun 19-u) 65,41 dollar səviyyəsində olub.