Hadisə

Biləsuvar gömrük postunda 244 kiloqram narkotik aşkarlanıb – FOTO

Biləsuvar gömrük postunda 244 kiloqramdan çox heroin aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb. “Gömrük orqanlarının həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində – Biləsuvar gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə – heroin aşkar edilib”, – deyə, o qeyd edib. https://twitter.com/SafarMehdiyev_/status/1388421835096739843?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1388421835096739843%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fsociety%2F490223

Hadisə Ölkə

Təyyarəyə buraxılacaq əl yüklərinin siyahısı dəyişdirildi – QƏRAR

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.  Qaydaların ikinci hissəsi üzrə 2.1.1-ci yarımbəndə edilən dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. […]

Hadisə Ölkə Zərdab

Zərdabda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanıldı – FOTO

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslər müəyyən edilərək saxlanılıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayon Gödəkqobu kənd sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verib.  Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış […]

Hadisə Ölkə

Şəmkirin sabiq icra başçısının işində Rövşən Əkbərovun da adı keçir

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin təfərrüatı məlum olub. “Qafqazinfo” xəbər verir ki, A.Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan, tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir. Yaşayış binaları isə əsasən “Park Kolizey” MTK adlı tikinti […]

Hacıqabul Hadisə

Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər – Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon […]