Hadisə Ölkə

Kürdəmirin “ağ qızıl” sahələrində məhsulun 90 faizi kombaynlarla yığılacaq

Kürdəmir rayonunda ciddi hazırlıqdan sonra pambıq yığımına start verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə Kürdəmirdə 2501,9 hektar sahədə pambıq yetişdirilib. Bütün ərazilərdə, xüsusilə daha çox pambıq yetişdirilən Şilyan, Qarasu, Muradxan, Sor-Sor, Karrar və bir sıra digər ərazi icra nümayəndəliklərində “ağ qızıl” yığımına daha mütəşəkkil […]

Hadisə Ölkə

Təhsillə bağlı brifinqin vaxtı açıqlandı

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək. Bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, brifinq AzTV, Real TV və Təhsil TV-də canlı yayımlanacaq.

Hadisə Yevlax

Bu il Yevlaxda 8500 tondan çox pambıq istehsalı gözlənilir

Ötən il hər hektardan orta hesabla 34,9 sentner “ağ qızıl” tədarük edən yevlaxlı pambıqçılar bu il 8500 tondan çox məhsul istehsal etməyi, hektarın orta məhsuldarlığını 37 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ildə rayonda 1677,6 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 650 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 2327,6 […]

Hadisə İmişli Ölkə

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.