Təhsil

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün 16 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 30-dək internet vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Bu gün saat 10:20-dək bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı 16675 olub.