Region

Ağdaşda minik və yük avtomobilləri toqquşub

Ağdaş rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata görə, hadisə Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində qeydə alınıb.

Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əsədov Ramal Niyaz oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə toqquşub.

Minik avtomobilinin sürücüsü Ramal Əsədov və sərnişini, Ağdaşın Korarx kənd sakini, 1997-ci il təvəllüdlü Həmidova Şəmsiyyə Qiyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cevap yazın