Region

Ağdamda zəncirvari yol qəzası qeydə alınıb.

Ağdamda zəncirvari yol qəzası qeydə alınıb.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı “90 OF 568” qeydiyyat nömrə nişanlı maşın hərəkətdə olarkən “VAZ 2107” markalı “02 BR 552” qeydiyyat nömrəli maşınla toqquşub.

Zərbənin gücündən “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı “VAZ 2106” markalı “02 BO 763” markalı maşına çırpılıb.

Hazırda polis əməkdaşları sürücülərin kimliyini araşdırır.

[Best_Wordpress_Gallery id=”35″ gal_title=”Ağdamda zəncirvari yol qəzası olub”]

Bir cevap yazın