Dünya

ABŞ prezidentinin daha bir müşaviri istefa verib

ABŞ prezidenti Donald Trampın terrorla mübarizə məsələləri üzrə müşaviri Tom Bossert istefa verib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Prezident bizim qüdrətli dövlətimizin təhlükəsizliyinin təminatına görə Bossertə minnətdarlığını bildirir”, – deyə Sara Sanders bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Gerbert Makmaster istefa verib.

Bir cevap yazın