Mədəniyyət Ölkə

ABŞ-ın “Buyeponqo” qrupunun rəhbəri: Musiqi vasitəsilə bütün sərhədləri aşa bilərik

İlk dəfədir ki, Azərbaycandayıq. Burada bizi çox gözəl qarşıladılar, hamıdan isti münasibət görürük. Azərbaycanın mədəniyyəti, incəsənəti ilə tanış olduq. Çox gözəl paytaxtınız var. Dadlı yeməklərinizdən isə heç doymaq olmur.

aranxeber.com-ın Azərtac-a istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın “Buyeponqo” musiqi qrupunun rəhbəri Edqar Modesto Şəkidə konsert zamanı deyib.

Musiqiçi bildirib ki, səfərlərinin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq, eyni zamanda, ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verməkdir. “Musiqi vasitəsilə bütün sərhədləri aşa bilərik. Ölkənizdə olmağımız bunun əyani sübutudur. Konsertlərimiz yüksək səviyyədə keçir. Konsertlər zamanı uşaqlar, böyüklər, hamı rəqs edir, əylənir. Biz musiqiçilər bundan çox böyük zövq alırıq”, – deyə Edqar Modesto bildirib.