Hacıqabulda qəzada yaralanan şəxslərin adları açıqlanıb. Bunlar Göyçay sakini, 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu, Füzuli sakini, 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, Füzuli sakini, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Füzuli sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu və Göyçay sakini, 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur. Onlar müxtəlif […]
Hacıqabul
Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan şəxs intihar etdi
Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb. 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir. Ehtimallara görə, adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib. Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var
Hacıqabulda ağır yol qəzası olub. APA-nın məlumatına görə, hadisə Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və üç nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mikayılov Teyyub Qulaməli oğlu Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda 62 yaşlı qadın daşla döyüldü
Hacıqabul sakini evində daşla döyülüb. APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb. Naməlum şəxs sözügedən kəndin sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq, onu daşla amansızcasına döyüb. Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. […]
Sabirabadda Kürdə batan şəxsin meyiti tapıldı
Sabirabadda Kür çayında batan şəxsin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib. Rayonun Ulacalı kəndində batan Hacıqabul rayonunun Qarasu kəndinin sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndinin ərazisində tapılaraq, sudan çıxarılıb.