Dünən Bağdadda İranın dəstəklədiyi “Haşdi Şabi” qüvvələrinin komandanlarını daşıyan hərbi karvana hava zərbələri endirilib.
aranxeber.com toplum.tv-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.
Məlumatda deyilir ki, əməliyyat zamanı 6 nəfər həlak olub, lakin onların kimliyi barədə məlumat yoxdur.
Həlak olan şəxslərin bir müddət öncə ABŞ səfirliyinə hücum edən “Haşdi Şabi” qruplaşmanın liderlərinin olduğu deyilir.
“Haşdi Şabi” isə məlumatları təkzib edib, öldürülənlərin avtomobildəki həkimlərin olduğunu açıqlayıb.
Hadisə barədə rəsmi açıqlama olmasa da, hücumun ABŞ ordusu tərəfindən təşkil olunduğu iddia edilir.
ABŞ-a məxsus hava qüvvələrinin yanvarın 2-də Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi öldürülüb.
ABŞ rəsmiləri Qasim Süleymaniyə qarşı əməliyyatın keçirildiyini təsdiq ediblər. İran da öz növbəsində ABŞ-dan qisas alaçağını açıqlayıb.



