Millimizin Belarusla oyununun hakimləri müəyyənləşib. aranxeber.com-ın “Apasport.az”-a istinadən verdiyi məlumata görə, martın 23-də keçiriləcək qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan – Belarus yoldaşlıq oyununun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər.