Türkiyənin Eskişehir şəhərində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərlə bağlı dəstək aksiyası keçirilib.
Aranxeber xəbər verir ki, əsasən, yerli və azərbaycanlılar başda olmaqla, bir sıra dövlətlərdən olan tələbə və şəhərdə yaşayan gənclərdən ibarət 100-dən çox vətəndaşın qatıldığı dəstək yürüşü zamanı “Eskişehir Azərbaycanlıları Dərnəyi”nin sədri Cavid Aydın çıxış edərək ermənilərin törətdiyi qanlı faciələrdən bəhs edib.
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan C.Aydın qeyd edib ki, BMT, ATƏT və digər qurumlar Ermənistanın işğalçılıq siyasətinə göz yumur, müvafiq qətnamələrin icrasını tam tələb etmirlər. Çıxış zamanı beynəlxalq təşkilatlardan Ermənistanı işğalçılıq siyasətinə son verməyə çağırmaları tələb edilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…