Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır.
Aranxeber xəbər verir ki, bunu mətbuata açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, əvvəlki günlərə baxanda bu gün ərazidə sakitlik hökm sürür: “Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi cəza tədbirlərindən sonra kəndlərin və yaşayış məntəqələrinin atəşə tutulmasının qarısı alınıb. Buna baxmayaraq ön xətdə olan mövqelərimiz düşmən tərəfindən atəşə tutulmaqda davam edir. Bu istiqamətdə də düşmənin fəaliyyətinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hazırda əməliyyat şəraiti tam nəzarət altındadır”.
V.Dərgahlı düşmən tərəfini itkilərini gizlətməkdə ittiham edib: “Biz düşmənə qarşı həyata keçirdiyimiz əməliyyatların görüntülərini yayırıq. Görünən odur ki, düşmən itkilərini gizlədir. Bizdə olan məlumata görə, düşmən yüzlərlə itki verib. Lakin hər zaman olduğu kimi onlar itkilərini gizlədirlər”/apa.az.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…