Kateqoriyalar: BaşHadisəÖlkə

SON DƏQİQƏ: Ordumuza DÖYÜŞ ƏMRİ VERİLDİ – RƏSMİ

“İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və geri otuzdurulub”.

Aranxeber xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərə açıqlama verən Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

Nazirlik rəsmisi bildirib ki, iyulun 13-ü gecədən başlayaraq və bu gün səhər saatlarından şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xətdində olan general-mayor Polad Həşimov və onunla birlikdə digər hərbi qulluqçular ağır döyüşlərdə qəhrəmancasına həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından ailələrinə başsağlığı verir, ailələrinə səbr diləyirik.

Döyüşlərdə yaralananlar da var və onlar hazırda hərbi tibb müəssisələrində müalicə alırlar. Onların tezliklə sıralarımıza qayıtması üçün həkimlər əllərindən gələni əsirgəmir. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.

Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Komandanlıq tərəfindən onların döyüş mövqelərində olan hərbi texnikaları və döyüş vasitələrinə zərbə endirilməsi ilə bağlı əmr verilib. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Heç bir şəhidin qanı yerdə qalmayacaq və onların qisası tezliklə alınacaq”/report

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024