Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Aranxeber Daxil İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.
Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb.
Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.
Ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…