Kateqoriyalar: Sosial

Bu il Həccə gedə bilməyənlər necə savab qazana bilərlər? – Hacı Şahin YOL GÖSTƏRDİ

Mövcud pandemiya səbəbi ilə əlaqədar bu il Həcc ziyarəti mümkün olmayacaq. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin qərarına görə, yalnız ölkə daxilində yaşayan vətəndaşlar Məkkkəyə gedə biləcəklər, xaricdən ziyarətçi qəbul olunmayacaq.

Həcc ziyarəti İslamın vacib saylan 5 şərtindən biridir. Azərbaycandan da Həcccə getməyə hazırlaşan minlərlə zəvvar vardı. Qafqaz Müsəlmanları İdarəsi artıq həmin şəxslərin yolpulu və digər xərclər üçün ödədikləri vəsaiti özlərinə qaytarıb.   

Maraqlıdır, məhdud şəraitdən asılı olaraq Həcc ziyarətini hansı əməllə əvəz etmək olar? Azərbaycanlı zəvvarlar başqa cür necə savab qazana bilərlər…


Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin indiki halda Həcc ziyarətinə ayrılan vəsaitin imkansız şəxslərə yönləndirilməsinin daha doğru olduğunu bildirib:

“Dinimizdə belə bir hökm var ki, insanlar Həccə getsələr və onların sağlamlığına hansısa təhlükə olarsa, bu ziyarət təxirə salınmalıdır. Yəni Həcc ziyarətinin təxirə salınması ilə bağlı Quranda ayə də var. Elə bu ayəyə əsasən, insanlar hətta Həcc kimi ziyarəti belə təxirə salmalı oldular. İkinci və üçüncü dəfə Həcc ziyarəinə getmək istəyən insnlar həmin vəsaiti xeyriyyə məqsədi ilə xərcləyə bilərlər. Xüsusilə indi pandemiyadan əziyyət çəkən, aztəminatlı ailələr var ki, onların bu yardıma çox ehtiyacı var. Yəni indi ən faydalı əməllərdən biri Həcc ziyarətinə ayrılan vəsaitin yoxsul təbəqəyə paylanmasıdır. Azərbaycandan Həccə yollanan zəvvarların çoxu artıq ikinci və üçüncü dəfə ziyarət etməyək insanlardır. Bu baxımdan onların imkanının geniş olduğunu nəzərə alsaq, kasıb, imkansız ailələrə dəstək vermələri daha doğru olardı.

Ümumiyyətlə, Həccin mənası həm də yardımlaşmadır, bu ictimai ayindir. Yəni Həcc ziyarəti sadəcə ayinləri yerinə yetirmək yox, ictimai məsuliyyəti yerinə yetirməkdir. Lakin Həccə getməyən insanlar yollar açılacağı təqdirdə imkanları varsa, mütləq ziyarəti həyata keçirməlidir”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024