Kateqoriyalar: Hadisə

Azərbaycana çəyirtkə sürüsü hücum etdi – VİDEO

Son günlər Şabran rayonuna çəyirtkələr kütləvi şəkildə hücum edirlər. Bu həm fermerlərin, həm də digər sakinlərin ciddi narahatlığına səbəb olub.

Şabran rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrəddin Osmanov bildirib ki, çəyirtkələr 25 gündən çoxdur, bölgəyə hücum çəkirlər. Onlara ən çox rayonun Hacıqaraqaşlı kəndi ərazisində rast gəlinir.

“20-25 gündür ki, çəyirtkələrin Ekologiya Nazirliyinin nəzdində olan torpaqlara hücum çəkdiyi müşahidə edilir. Çəyirtkələr həm dənizdən, həm də Qubanın Buduq kəndindən sürü şəklində hücum çəkirlər. Payızda və yaz aylarında dənizin qırağında qamışlıq yaranıb. Bu da onların gəlişinə təkan verib”, – deyən Osmanovun sözlərinə görə, yerli növ çəyirtkələr qırmızı-qəhvəyi rəngdədir və arıya bənzəyirlər. Onlar körpədirlər və o qədər də təhlükəli sayılmırlar. Amma onlara qarşı vaxtında tədbirlər görülməlidir.

“Avqustun sonunda yumurta qoyacaqlarından, onların qarşısını almağa çalışırıq ki, çoxalmasınlar. Xoşbəxtlikdən çəyirtkələr sahələrdə arpa biçini başa çatdıqdan sonra hücum çəkdilər, taxıl sahələrinə girə bilmədilər”, – deyən Aqrar İnkişaf Mərkəzinin direktoru ziyanvericilərə rayonun Xəlilli kəndinin aşağı hissəsində də rast gəlindiyini bildirib.

O əlavə edib ki, bu vəziyyəti nəzarətdə saxlamaq və həşaratların hücumunun qarşısını almaq üçün xüsusi aparatdan istifadə olunur. Hadisə yerinə digər rayonlardan müvafiq texnika cəlb olunub. Sabah sübh tezdən isə dərmanlama işləri həyata keçiriləcək.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024