İmişli rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir. Hazırda rayonun Muradxanlı kəndində 264 şagird yerlik tam orta məktəb binasının tikintisi davam etdirilir. Binanın dam örtüyü vurulmuş, pəncərələri, elektrik və istilik sistemləri quraşdırılmışdır. Eyni zamanda bina daxilində üzlük-kosmetik, kafel və döşəmə işləri aparılır, idman zalının tavan hissəsinin işləri yekunlaşdırılmış, daxili su və kanalizasiya xətləri tam çəkilmişdir. Məktəbin mebellərinin və idman avadanlıqlarının bir hissəsi gətirilmiş, otaqlar hazır olduqdan sonra quraşdırılması nəzərdə tutulmuşdur. Sürətli gedən iş nəticəsində artıq işlər yekunlaşmaq üzrədir. İnşa olunan yeni məktəb binası 2 mərtəbədən ibarət olacaq və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaqdır. Binanın növbəti tədris ili başlayana qədər istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Kənd əhalisi kənddə yeni məktəb binasının tikintisini razılıq hissi ilə qarşılayırlar. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…