Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı növbəti dəfə “Beşiktaş”la hallanmağa başlayıb.
“Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişində səsləndirdiyi fikirdən sonra Mahir bu kluba təklif olunub.
Məlumatı yayan “Fotospor” onun kim tərəfindən təklif edildiyini yazmayıb.
Belə ki, “Beşiktaş”ın rəhbəri açıqlamasında Azərbaycanda oynayan peşəkar futbolçuların onlara göstərilməsini, ancaq maaşlarının azərbaycanlı iş adamları tərəfindən ödənilməsini istəmişdi.
Qeyd edək ki, daha əvvəllər də Türkiyə mətbuatında “Beşiktaş”ın Mahir Emrelini transfer etmək istədiyinə dair qeyri-dəqiq informasiyalar yayılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…