Kateqoriyalar: Ölkə

Bu il Azərbaycanda 2300 km uzunluğunda avtomobil yolları çəkiləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan iclas keçirilib.

Agentlikdən “APA-Economics”ə verdiyi məlumata görə, iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

S.Məmmədov yol infrastrukturunun yenidən qurulmasını regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan infrastruktur layihələri sırasında xüsusi olaraq qeyd olunduğunu və prezident İlham Əliyevin regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı keçirdiyi bütün konfranslarda çıxışı zamanı bunun əhəmiyyətini xüsusi olaraq vurğuladığını qeyd edib.

İdarə Heyətinin sədri ölkə başçısının konfransdakı çıxışında son 14 il ərzində 12 min 300 kilometr yol çəkildiyini, bu il bu rəqəmin təqribən 15 min kilometrə çatacağını, bu çərçivədə bu il 2 300 kilometr uzunluğunda avtomobil yolları – həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yollarının çəkiləcəyini qeyd etdiyini xatırladıb: “Təbii ki, bütün bunlar avtomobil yolları işçiləri qarşısında əlavə məsuliyyət, işini daha mükəmməl və peşəkarlıqla yerinə yetirməsi deməkdir”.

S.Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən, artıq respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda genişmiqyaslı yenidənqurma işlərinə start verildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin S.Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn məsələlərlə bağlı müvafiq idarə və şöbələrin rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verib.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024