Saatlı rayonu ərazisində kənd sakinləri etiraz aksiyası keçirib.
Aranxeber xəbər verir ki, sakinləri narahat edən su problemidir.
Onlar içməli suyun olmamasının, əkin sahələrinin suvarılmamasının ciddi problemlərə yol açdığını deyirlər.
Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli açıqlamasında kənd ərazisində içməli su ilə bağlı problemin olmadığını deyir:
“Söhbət rayonun Nabatkənd kəndindən gedir. Problem əkin sahələrinin suvarılması ilə bağlıdır. Kürün vəziyyəti ilə əlaqədar əkin sahələrinin suvarılması üçün yetəri qədər su yoxdur. Amma bu, tək Saatlıda deyil, bir çox rayonlarda yaşanan problemdir. Əraziyə icra hakimiyyətinin nümayəndələri gedib.
Sakinlərlə görüşülüb, danışılıb. Vəziyyət izah edilib. Aidiyyəti qurumlar tərəfindən də mümkün çərçivədə kömək göstərilməsinə çalışılır. Suvarma məsələsinə yardım məqsədilə texnikalar cəlb edilir. Kənd əhalisinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür. Hazırda hər şey qaydasındadır, heç bir problem, etiraz yoxdur”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…