Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab” a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib. Avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib.
Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…