Kateqoriyalar: Sağlamlıq

Hansı tip kişilərin koronavirusu daha ağır keçirdiyi açıqlandı

“Klassik tipli “brutal” kişilər koronavirusu daha ağır formada keçirir”.

“Komsomolskaya pravda”nın məlumatına görə, bununla bağlı Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin terapiya şöbəsinin müdiri, tibb elmləri doktoru, kardioloq Yana Orlova xəbərdarlıq edib.

Onun sözlərinə görə, dünyada bu yöndə bir sıra tədqiqatlar aparılıb, klinik təcrübələr də onları təsdiqləyib.

“Koronavirusu kişilər qadınlardan, yaşlılar gənclərdən, kök insanlar normal çəkili insanlardan daha ağır keçirir. Həmçinin, keçəlləşən və üzü saqqallı, necə deyərlər, klassik tipli “brutal” kişilər daha ağır xəstələnirlər”, – deyə kardioloq əlavə edib.

Yeri gəlmişkən, qeyd edək ki, rusiyalı trixoloq-həkim Olqa Koxas bu yaxınlarda bığ və saqqalın koronovirusdan müdafiə etdiyini demişdi. Onun sözlərinə görə, koronavirus o qədər kiçikdir ki, dəridən nüfuz edə bilir, bu səbəbdən insanın örtülü geyinməsi məsləhətdir.

“Saqqal və bığ isə üz tüküdür. Tüklərin müdafiə funksiyası var. Mən iddia edərdim ki, bığ və saqqal müdafiədir”, – deyə O.Koxas vurğulamışdı.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024