Kateqoriyalar: Hadisə

Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda SMS icazə ilə bağlı yenilik olub.

Oxu.Azın məlumatına görə, artıq 8103 SMS icazə sistemi vasitəsilə yalnız bir kodla yaşayış yerini tərk etmək mümkündür. 

Əhali bir gün ərzində 1 rəqəmi ilə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün icazə alırdısa, 2 rəqəmini yollamaqla ərzaq və digər gündəlik tələbatını yerinə yetirə bilərdi. Artıq icazə üçün SMS limiti var: yalnız bir dəfə müraciət etmək olar.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub:

“Vətəndaşlarımıza dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Amma bu hallar çox yaşandığından SMS icazəyə limit qoyulub və bundan gündə yalnız bir dəfə istifadə etmək olar”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024