Kateqoriyalar: Sosial

Sumqayıt sakini Rəsulzadənin şəkli olan maska taxdığı üçün tutulub? – RƏSMİ AÇIQLAMA + FOTO

Daxili İşlər Nazirliyi ötən gün Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığını iddia edən şəxslə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması barədə iddialar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Cavid Məmmədzadə ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğu üçün saxlanılıb:

“Küçəyə çıxmaq üçün iki saat icazə verilir. Vətəndaş isə bu limiti keçdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. C.Məmmədzadə küçədə gəzərkən polis əməkdaşları  icazəsinin olub-olmamasını yoxlayan zaman onun bu limitinin başa çatdığı məlum olub.

Ona bu barədə irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşmaq istəyib. Vətəndaş dayanmağa dəvət edilsə də, əmrə tabe olmayıb”.

“C.Məmmədzadə polislər tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, – deyə DİN rəsmisi qeyd edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024