Kateqoriyalar: HadisəSağlamlıq

İrandan həyəcan təbili: Ermənistanın axıtdığı tullantılar kütləvi şəkildə xərçəng xəstəliyi yayır

İranın Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi bildirib ki, Ermənistanın sənaye zavodlarından axıdılan kimyəvi tullantıların bölgənin içməli suyuna qarışması səbəbindən burada yaşayan insanların əksəriyyəti xərçəng xəstəliyinə tutulub.

ILNA agentliyi xəbər verir ki, bunu Ali Vilayətlər Şurasında Ərdəbili təmsil edən Puya Mucərrəd deyib.

“Ermənistanın sənaye zavodlarının tullantı sularının yaratdığı xərçəng xəstəliyi Parsabad əhalisinin canına bəla olub və Ərdəbil vilayətində mədə-bağırsaq xərçəngi ilə bağlı statistikanın rekord həddə çatmasına gətirib çıxarıb”, – deyə o həyəcan təbili çalıb.

Qeyd olunub ki, Ermənistan tərəfi ötən ilin 19-21 noyabr tarixlərində Təbrizdə keçirilən Araz çayının təmizlənməsi və çirklənməsinin qarşısının alınması üzrə İran-Ermənistan Birgə İşçi Qrupunun iclasında buna görə məsuliyyəti qəbul edərək, 2021-ci ilədək kimyəvi tullantıların axıdılmasını tamamilə aradan qaldırmaq məqsədilə öz müəssisələrini təmir və bərpa edəcəyinə söz verib.

Eyni zamanda, Ermənistan rəsmiləri 2015-ci ildə Araz çayının təmizlənməsi üzrə dövlət proqramını 2017-ci ilə qədər başa çatdıracaqlarını vəd etmişdilər.

Xatırladaq ki, ətraf mühit fəalları dəfələrlə Ermənistanın “Metsamor” atom elektrik stansiyasının tullantılarının Araz çayına axıdılması ilə bağlı xəbərdarlıq ediblər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024