Kateqoriyalar: Sosial

QHT-lərlə bağlı qanuna mühüm dəyişikliklər edilir

İyunun 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, iclası aparan Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatlara məlumat verib ki, gündəliyə birinci oxunuşda 3 məsələ daxil edilib və həmin qanun layihələri parlamentə bir zərfdə təqdim olunub.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Bunlarla əlaqədar yeni layihədə qanunun 9-cu maddəsinə 9.2-3-cü və 9.2-4-cü maddələr əlavə olunur.

Komitə sədri vurğulayıb ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda bu dəyişikliklərin edilməsi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna da müvafiq dəyişikliklər edilməsi zərurətini yaradır. Beləliklə, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna 16.2-1, 16.2-2 və 24-3-cü maddələr əlavə olunur. Həmin maddələr təsis sənədləri ilə bağlı qeydiyyat və digər müraciətlərin (qrant müqavilələri, ianələr üzrə məlumatların təqdim edilməsi və s.) elektron qaydada aparılmasının mümkünlüyünü müəyyənləşdirir, habelə dövlət qeydiyyatının gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron məlumat sistemi vasitəsilə aparılmasını nəzərdə tutur.

Onlayn iclasda gündəlikdəki 3-cü məsələni şərh edən vitse-spiker Fəzail İbrahimli bildirib ki, “Qrant haqqında” qanunda edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır, QHT-lərin bağladığı qrant müqavilələrinin qeydə alınmasının elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradır.

Sonra onlayn iclasda müzakirələr aparılıb. Komitə üzvləri Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov və Cavanşir Paşazadə rəy və təkliflərini bildiriblər.

Yekunda gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024