Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Aranxeber xəbər verir ki, statistik göstəricilər koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,3 faizi bu rayonda yaşayır.
Yoluxanların Yasamal və Xətai rayonlarının payına düşən hissəsi hər birində 12,2 faiz təşkil edir.
Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 11,7 faizi Sabunçu rayonunda, 10,9 faizi Nəsimi rayonunda, 9,2 faizi Suraxanı rayonunda, 8,8 faizi Nərimanov rayonunda, 7,9 faizi Nizami rayonunda, 6,0 faizi Qaradağ rayonunda, 4,3 faizi Xəzər rayonunda, 4,2 faizi Səbail rayonunda, 0,3 faizi isə Pirallahı rayonunda yaşayanlardır.
Qeyd edək ki, Səbail rayonunda yoluxanların sayı ötən dövrlə nisbətdə artıb.
İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…