Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sosial şəbəkələrdə polis əməkdaşlarının sürücünü döyməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev “Report”a bildirib ki, videogörüntü idarədə araşdırılıb.
Onun sözlərinə görə, hadisə Masallı rayon ərazisində qeydə alınıb:
“Həmin şəxs traktor sürücüsü olub. O, polisə tabe olmayıb, saxlanılandan sonra da sənəd təqdim etməyib. Həmin şəxs daha sonra polisə müqavimət göstərib. Düzdür, bizim əməkdaşlar tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da araşdırma aparılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Masallı YPX-nin komandiri, baş leytenant Ariz İsmayılov və digər polis əməkdaşlarının iştirakının iddia olunduğu videogörüntü yayılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…