Kateqoriyalar: Hadisə

DİN-dən Kamil Zeynallının polislərin gözü qarşısında əlbəyaxa davası ilə bağlı AÇIQLAMA – VİDEO

Daxili İşlər Nazirliyi fitnes məşqçisi Kamil Zeynallının polislərin gözü qarşısında əlbəyaxa dava etməsinə aydınlıq gətirilib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, hadisə Bakı-Şamaxı yolunda quraşdırılan xüsusi karantin postunda baş verib:

“İki sürücünün bir-birinə yol verməməsi üstündə mübahisə yaranıb. Kamil Zeynallı və digər sürücü dava etməyə cəhd göstəriblər. Bu zaman postda olan polislər onları saxlayıblar və Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə gətiriliblər. Hər ikisinin izahatı alınıb və sərbəst buraxılıb”.

DİN rəsmisi qeyd edib ki, hadisə barədə araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib. O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib. Bu zaman o, həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024