Azərbaycanlı tələbənin meyiti vətənə göndəriləcək

Rusiyada öldürülən 17 yaşlı vətəndaşımız, Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun meyiti Azərbaycana təhvil veriləcək.

Bu barədə TASS Volqoqrad vilayətinin istintaq orqanlarına istinadla xəbər yayıb.

İyunun 12-də axşam Volqoqradın Voroşilovski rayonunda Tibb Universitetinin birinci kurs tələbəsinin meyiti tapılıb. Hüquq-mühafizə orqanlarından gəncin Azərbaycan vətəndaşı olduğu bildirilib.

O, çoxsaylı bıçaq zərbələri nəticəsində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Hazırda müstəntiqlər və polislər cinayətkarı axtarır, onun bəzi əlamətləri müəyyən edilib.

Qeyd edilib ki, meyitin təhvil verilməsi məqsədilə etibarnamə vermək üçün uzun müddət tələb edilir, mərhumun Volqoqradda qohumu yoxdur.

İyunun 15-də qubernator Andrey Boçarov qətlin açılmasına kömək edən şəxsə 1000000 rubl (24,5 min AZN – red.) mükafat verəcəyini bildirib/oxu.az.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024