Kateqoriyalar: Hadisə

Mehman Hüseynov dovşan geyimində şəklini paylaşdı FOTOLAR

“Bu onkoloji şiş hələ də bilmir ki, kimin bədəninə girib…”

Hazırda xərçənglə mübarizə aparan bloger Mehman Hüseynov sosial şəbəkədə bir paylaşım edib.

Aranxeber xəbər verir ki, M.Hüseynov dovşan paltarında bir foto çəkdirib və fotonu “Xərçənglə mübarizə aparan dovşan” başlığı ilə paylaşıb.

M.Hüseynov həmçinin belə bir fotonu niyə çəkdirdiyini də belə izah edib: “Məni mualicə edən həkimlər hələ də şokdadır. Anlamırlar nə baş verir. Yəqin fikirləşirlər ki, başım qaçıb. Həkim deyir ki, ay Mehman, indiyə qədər ağır xəstəliklə mübarizə aparan insanları çox görmüşük. Onlar ağır vəziyyətdə ola-ola arzuları olub. Misal üçün, kimsə xüsusi bir yemək, kimsə valideynlərini, kimsə dostlarını görmək istəyib və s. Amma həkimlik karyeramızda ilk dəfədir görürük ki, pasiyent dovşan paltarı arzulayır. Bu onkoloji şiş hansı insanın bədəninə girib, hələ də anlamır. Dedim doktor, siz bunu heç vaxt başa düşməyəcəksiz. Çünki təsəvvür edə bilməzsiz ki, mən hansı ölkədə yaşayıram”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024