“Hələ Dövlət Təhlükəsizliyi Xidmətinə getməmişəm. Ərizəmi vermişəm. Gözləyirəm ki, çağırsınlar”.
Bunu veteran futbolçu Maşallah Əhmədov deyib.
Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həmin şəhərdə gördüyü abadlıq işlərinə görə M.Əhmədova 400 min manat borcu qalıb.
M.Əhmədov ötən ay saytımıza verdiyi açıqlamasında həbs olunmuş sabiq məmurla bağlı DTX-də ifadə verəcəyini bildirmişdi. Amma o, hələlik sözügedən quruma getməyib. Veteran futbolçu bunu belə əsaslandırıb:
“Mən işlə bağlı sənədlərin orijinal nüsxələrini axtarırdım deyə, çağırılmağım yubandı. Artıq bütün sənədləri toplamışam. Ərizəmi də yazmışam. Müqayis Verdiyevdən sonra məni çağırmalıdırlar. Məndən sonra da Vilyam Hacıyevin abadlıq işləri zamanı borclu olduğu digər sahibkarlar DTX-yə dəvət olunacaq”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…