Kateqoriyalar: Təhsil

Məktəblər dekabrda açılacaq? – TƏBİB-dən açıqlama

Mövcud vəziyyətlə bağlı qərarlar hər an dəyişdirilə bilər.

Bunu AzEdu.az-a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı sualı cavablandırarkən bildirib.

V.Əliyev qeyd edib ki, qısa zamanda tətbiq edilən yumşalmalar və sərtləşdirmələr də bunu deməyə əsas verir:

“Bunların ikisi bir-birinin əksi olsa da, mövcud vəziyyətə uyğun verilib. Məqsədimiz insan təmasını minimuma endirmək, eləcə də mövcud vəziyyətdən təhsilə, iqtisadiyyata minimum zərərlə çıxmaqdır. Amma sentyabra 3 ay qalıb. Önümüzdəki günlərdə yoluxanların sayı necə olacaq, vəziyyətdən necə çıxacağıq, hələ ki bunu bilmirik”.

V.Əliyev məktəblərdə dərslərin dekabra qədər təxirə salınacağı ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini də vurğulayıb:

“Elə bir fikir yoxdur. İndiki halda həftəlik üçün qərar vermək mümkün deyil. Çünki yoluxma halları günlük belə dəyişir. Bu baxımdan iki günlük karantin rejiminə keçmişik. Ola bilər bu müddət uzadılsın, ola da bilər vəziyyət tam kontrola alındıqdan sonra ümumiyyətlə karantin ləğv olunsun. Ona görə də indidən təhsil müəssisələrilə bağlı konkret fikir yoxdur. Sadəcə gözləməliyik. Əgər bunu istəyiriksə, hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024