Kateqoriyalar: MaraqlıSağlamlıq

Mayalı maskalar dəridə möcüzələr yaradır

Bütün xanımları narahat edən dəri problemlərindən xilas olmaq heç də çətin deyil.

Aranxeber xəbər verir ki, dəri problemlərini aradan qaldırmaqda maya effektli və təbii vasitədir. Belə ki, dəri məsamələrini təmizləyir, dəriyə təravət bəxş edir. Mayadan hazırlanan maskaya karbonat əlavə etdikdə isə ləkələri möcüzəli şəkildə yox edir.

Mayanın dəriyə faydaları hələ antik dövrlərdən məlumdur. Qədim Misirdə qadınlar qırışları aradan qaldırmaq üçün onu gözəllik kremi kimi üzə çəkirdilər. Lakin mayanın dəriyə faydaları bununla bitmir. Mikroböldürücü bir maddə olduğu üçün misirlilər ondan yara məlhəmi kimi də istifadə edərdilər.

Mayanın içində olan “SM Glukan” adlı maddə hüceyrələri yeniləyir, yaraların sağalmasını sürətləndirir. Dərinin elastikliyini bərpa edir və möhkəmliyini təmin edir.

Bir paket yaş mayanı bir neçə damcı süd ilə qarışdırın və dərinizə sürün. Maska quruyub qatılaşanda üzünüzü yuyun.

Karbonatı heç sınadınızmı?

Karbonatı dəriyə sürtmək olmaz, ancaq karbonatla qüsursuz dəriyə sahib ola bilərsiniz.

Bir çay qaşığı maya ilə bir çay qaşığı karbonatı 10 damcı su ilə qarışdırın. Bu maskanı çəkib 15 dəqiqədən sonra yuyun. Maya və karbonat maskası məsamələri təmizləyir, karbonat isə ləkələri yox edir. Publik.az

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024