Məşhur qarmon ifaçısı Əməkdar artist Gövhər Rzayeva geyindiyi sinə dekolteli geyimlərindən söz açıb.
Aranxeber xəbər verir ki, ARB televiziyasında yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olan sənətçi heç vaxt sinəsi bağlı geyimlərdən istifadə etmədiyini bildirib:
“Məni belə görüblər, alışıblar. Boğazı bağlı geyinə bilmirəm. Ürəyim sıxılır. Evdə işimə heç kim qarışmır. Mən onların anasıyam, onlar mənim yox.
Evdə yeməyi ancaq özüm bişirirəm. Bircə ev təmizləməklə aram yoxdur. Amma dolabımı özüm yığışdırıram”.
Kişilərdən bəhs edən qarmon ustadı şəxsi həyatında heç kimin olmadığını söyləyib:
“Kişilər də müxtəlif olur. Bəzisi var ki, Allah onu bayır üçün yaradıb. Gedir pullarını xərcləyir, əliaçıqdır. Amma evdə arvad pul istəyəndə canına azar olur. Eləsi də var ki, pulunu evdə də xərcləyir, çöldə də…
Mənim kişim yoxdur. Canım rahatdır. Dünyanın xoşbəxtiyəm”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…