“Müğənnilik ən asan peşədir” cümləsini qəbul edə bilmirəm. Dünyanın ən çətin peşəsidir”.
Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Bizimləsən” proqramında qonaq olarkən deyib. Müğənni ifaçılıq sənətini tənqid edənlərdən söz açıb:
“Müğənnilik rahat həyat deyil. Çox ağır, çətin, məsuliyyətli, əzablı, keşmə-keşli bir sənətdir. İstəmərəm uşağım müğənni olsun. Çünki çox çətindir, əziyyətlidir. Rejim, normal yemək, içmək, yatmaq, həyat tərzi yoxdur. O qədər şeylər sadalayaram ki… Bir dəfə liftdə cavan uşaq mənə qayıtdı ki, çox asan sənətdir, pul qazanmadır. Qayıtdım ki, uşaq olmasaydın, burnunun üstünə bir yumruq qoyardım, yerində qalardın.
Bir dəfə də biri deyir, nə edirsən, daş daşımırsan ki… Dünyanın ən asan işi daş daşımaqdır. Onun qiyməti 20 manatdır. Hamı onu bacarır. Bir maşına daşı doldurursan, 20 manat getdi. Bu da oldu fəhləlik. Bu isə sənətdir, Allahın vergisidir. Bu sənəti aşağılamaq zoruma gedir. O qədər aşağılayıblar ki…
Qarşıma şərt qoysalar ki, sənət, yoxsa övladın? Övladımı seçərəm. Gedib, necə dolanaram? Alma, qarpız sataram, kanalizasiya təmizləyərəm”.(axşam)
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…