Xaricdə təhsillə maraqlanan hər kəs ilk öncə universitetlərin Beynəlxalq reytinqinə göz atmış olmalıdır. Bəs dünya universitetlərinin reytinqi hansı meyarlara əsasən tərtib olunur?
AzEdu.az xəbər verir ki, Times Higher Education (THE), Academic Ranking of World Universities (ARWU) və QS World University Rankings kimi nəhəng beynəlxalq reytinqlərin ekspertləri sıralanmanı müəyyən edərkən aşağıdaki meyarlara diqqət yetirir:
tədris
tədqiqat fəaliyyəti
akademik reputasiya
universitetdə məşhur professorların və nobel mükafatı laureatlarının sayı
müəllimlərin nitqindən gətirilən sitatların statistikası
universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik
işəgötürənlərin rəyi və məzunların karyera potensialı
məzunların işlə təmin edilməsi
Bundan əlavə reytinqdə yer almaq üçün universitet ən azı iki geniş sahədə (məsələn, incəsənət və sosial fənlər, mühəndislik və texnologiya, hüquq və biznes) bakalavr və magistr proqramlarını tədris etməlidir.
İllərdir ki, hər 3 reytinq platformasında ABŞ və Britaniya Universitetləri liderliyi qoruyub saxlayır. Son reytinqdən TOP 10 Universitetləri diqqətinizə təqdim edirik:
ABŞ, Massachusetts İnstitute of Technology (MIT)
ABŞ, Stanford University
ABŞ, Harvard University
ABŞ, California Institute of Technology
Böyük Britaniya, University of Cambridge
Böyük Britaniya, University of Oxford
Böyük Britaniya, University College London (UCL)
Böyük Britaniya, Imperial College London
ABŞ, University of Chicago
İsveçrə, ETH Zurich
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…