İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış blogger Mehman Hüseynova yardım kampaniyası davam edir.
Verilən məlumata görə, artıq bloggerin müalicəsi üçün 140 000 manat vəsait toplanıb.
Mehman Hüseynov son açıqlamasında yardım edənlərin adlarını çəkməsə də onların hər birinə təşəkkürünü bildirib.
Bu arada yardım kampaniyasına qatılan bəzi şəxslərin və qurumların adı bəlli olub. Ötən gün Mehman Hüseynovun müalicəsi üçün pul keçirən qurumlardan birinin hakim Yeni Azərbaycan Partiyasının olması haqda məlumat vermişdik.
Gofundme.com onlayn resursunda yer almış məlumatda qeyd olunub ki, yardım kampaniyasına qoşulanlar cərgəsində YAP Gənclər Birliyinin də adı keçir. Amma hakim düşərgədən Mehmana dəstək olan təkcə YAP Gənclər Birliyi deyil.
Son məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da blogger üçün pul köçürüb.
Görünür, MSK sədri bu jesti ilə son parlament seçkilərində ciddi konflikt yaşadığı Mehman Hüseynova qarşı qərəzli olmadığını nümayiş etdirməyə çalışıb. Məzahir Pənahovun Mehman Hüseynova maddi dəstək olduğunu əks etdirən fotofaktı təqdim edirik.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…