Portuqaliya millisinin və “Yuventus”un forvardı Kriştianu Ronaldu karyerasının 17 ilində müxtəlif klublardan qazandığı və sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə etdiyi gəlirlə ilk milyarder futbolçu olub.
“Forbes” xəbər verir ki, 35 yaşlı məşhur futbolçunun gəliri 1 milyard dolları keçib.
Əvvəl iki amerikalı – qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer buna müvəffəq olublar.
17 illik karyerası ərzində Ronaldu 650 milyon dolları klublardan – Lissabonun “Sportinq”, “Mançester Yunayted”, Madridin “Real” və Turinin “Juventus”, qalan hissəni isə sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə edib.
ABŞ-ın idman avadanlığı istehsalçısı “Nike” ilə bağlanmış müqaviləyə əsasən Ronaldu ildə 20 milyon dollar qazanır. 2016-cı ildə o, şirkətlə ömürlük müqavilə bağlayıb. Eyni zamanda, portuqaliyalı “Clear”, “Herbalife” və “Abbott” ilə əməkdaşlıq edir.
Ötən il Ronaldunun xalis mənfəəti 105 milyon dollar olub. “Forbes”in ən çox qazanan dünya məşhurları sıralamasında o, dördüncü yeri tutub. Ondan əvvəlki yerləri ABŞ-lı model və teleşou iştirakçısı Kayl Cenner (590 milyon dollar sərvətlə), ABŞ-lı reper və dizayner Kanye Uest (170 milyon dollar sərvətlə) və isveçrəli tennisçi Rocer Federer (106,3 milyon dollar sərvətlə) paylaşıblar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…