Kateqoriyalar: Sağlamlıq

İqor Nikulin: “COVID-19 laboratoriyada yaradılıb” – ŞƏRH

Mayın 31-dən Azərbaycanda növbəti dəfə yumşaldılan xüsusi karantin rejimi çərçivəsində yeni qaydalar qüvvəyə minib. Dünyanın digər ölkələrində də eyni şəkildə davranırlar. BMT Bioloji Silahlar Komissiyasının keçmiş üzvü, rusiyalı hərbi ekspert İqor Nikulin bu qərarı düzgün hesab edir. Bununla belə, hələ də COVID-19 koronavirusunun necə ortaya çıxması barədə birmənalı fikir mövcud deyil.

Media.Az-a açıqlamasında İqor Nikulin COVID-19-un laborator mənşəyinə şübhə etmədiyini bildirib:

– Mənim fikrimcə, bu, laborator virusdur. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının müzakirəsi oldu və bir çox ölkələrin nümayəndələri bu cür nöqteyi-nəzərdən çıxış etdilər. Nüfuzlu “Nature” jurnalında məqalə dərc olunub, burada bu virusun harada və necə yaradılmasından bəhs olunur: Şimali Karolina Universitetində (ABŞ-ın şərqində ştat – red.) 2014-cü ildə insanın SARS virusundan və Çin yarasasının koronavirusundan sintez edilib.

Diqqət edin, COVID-19 üçün hələ də heç bir təbii rezervuar tapılmır. Beləliklə, yalnız bir versiya var. Təbii rezervuar tapılsa, sonra başqa variantları da nəzərdən keçirmək mümkün olacaq.

– Bütün bu halları nəzərə alaraq, dünya ölkələrinin karantin rejimindən çıxması üçün tez deyilmi? Bizi nə gözləyir?

– Düşünürəm ki, həqiqətən, karantindən çıxmağın vaxtıdır. Artıq ultrabənövşəyi şüa çoxdur. Virus ətraf mühitdə öz-özlüyündə yayılmır. Bu, yalnız canlı hüceyrədə baş verir. Ultrabənövşəyi şüaların təsiri altında isə ölür. Odur ki, müəyyən məhdudiyyətlərə əməl olunmaqla karantindən çıxılmalıdır. Anlamaq lazımdır ki, sentyabr-oktyabr aylarında, çox güman ki, xəstəliyin ikinci dalğası başlayacaq.

– Ultrabənövşəyi şüalar barədə danışdınız. Ancaq temperaturun yuxarı olduğu, günəşin parladığı İtaliya, İspaniya, Avstraliya nümunəsi var ki, orada epidemiya yayılıb…

– Gəlin baxaq. Maksimum yayılma təxminən fevral ayında, ən uzağı martda oldu. İndi hər şey azalmaya doğru gedir. Gündüz orta temperatur 30 dərəcəyə çatdıqda virus xarici mühitdə ölür. İnsan bədənində ölməsə də, bunu nəzərə almaq lazımdır. Ancaq xəstəlik səviyyəsinin azalması həm İtaliyada, həm də İspaniyada artıq nəzərə çarpır.

– Bu günlərdə amerikalı alim Maykl Qreqer yeni bir “apokaliptik” virus – heyvandan insana ötürülən zoonozlar təhlükəsinin olduğunu bildirib. Bu barədə “Daily Mail” məlumat yayıb.

– Dünyada ABŞ-ın təxminən 400 hərbi-bioloji laboratoriyası var. Onlar həm Gürcüstanda, həm Ermənistanda, həm Ukraynada, həm də digər MDB ölkələrində mövcuddur. Orada konkret bir genofond – insanlar, heyvanlar, bitkilər üzərində sınanan yeni patogenlərlə işləyirlər. Bu, təəssüf ki, çox bilinən bir həqiqətdir. Həmin sınaqlar ilk növbədə bu cür laboratoriyaların işlədiyi ölkələrdə təhlükəsizlik üçün böyük təhlükə yaradır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024