Kateqoriyalar: AğdaşBaşHadisəRegion

Ağdaşda narkotik bitkilər becərən şəxslər tutulub

Ağdaşda narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb.

Aranxeber xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsi ev 2 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Hüseynov Elmir Elman oğlu və Ağdaş rayonu Binələr kənd sakini 1987-ci il təvəllüdlü Bayramov Gündüz Mehdi oğlu narkotik tərkibli çətənə bitkiləri yetişdirdikləri üçün tutulublar. Onların becərdiyi çətənə kolları kökündən çıxarılaraq qablaşdırılaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb. İki xalaoğlu olan Elmir Hüseynov və Gündüz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Qeyd edək ki, “Xaş-xaş 2020” tədbirlər planına əsasən Ağdaş rayonu ərazisində ümumilikdə 4 fakt üzrə 7328 ədəd, 1 ton 141 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar edilib, kökündən çıxarılaraq məhv edilib/APA.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024