Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub – RƏSMİ

Kürdəmirin bir kəndində virusa tutulanların sayı 21-ə çatıb. 

Aranxeber APA-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kəndində 21 nəfərdə virus aşkarlanıb.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirib ki, indiyə kimi rayon üzrə koronavirusa 67 yoluxma faktı qeydə alınıb. Onlardan 17 nəfər sağalaraq evə buraxılıb. Əsas yoluxma Sığırlı kəndində qeydə alınıb – 21 fakt.

Bundan başqa, Kürdəmir şəhərində 20, Yenikənd kəndində səkkiz, Atakişilər kəndində yeddi, Qağaçılı kəndində üç, Qarşıdakı kəndində üç, Şüşün kəndində üç, Topalhəsənli kəndində bir, Şahsevən kəndində də bir nəfərdə koronavirus aşkarlanıb. 

Ağəli Kərimlinin sözlərinə görə, hazırda Sığırlı kəndi istisna olmaqla, rayonun digər ərazilərində son günlərdə insanlarda virus aşkarlanmayıb:

“Sığırlı kəndində də vəziyyət tam nəzarətə götürülüb. Belə ki, virusa tutulanların sayında hər gün azalmalar müşahidə olunur. 

Ötən gün axşam saatlarından bu vaxta kimi dörd nəfərdə virus aşkarlanıb. Vəziyyətin stabilləşməsi üçün müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024